AZ

Ötən il dünyada 85 min qadın və qız öldürülüb - BMT

Bakı. Trend:

2023-cü ildə dünyada 85 minə yaxın qadın və qız cinayət qurbanıolub. Qətllərin 60 faizi ailə üzvləri tərəfindən törədilib.

Trend xəbər verir ki, burəqəmlər Birləşmiş Millətlər Təşkilatının bazar ertəsi günüaçıqladığı hesabatda yer alıb.

Məlumata görə, ötən il hər 10 dəqiqədə bir qadın həyat yoldaşıvə ya digər ailə üzvləri tərəfindən qətlə yetirilib. Bu göstəriciüzrə ən yüksək nisbət Afrikada qeydə alınıb. İkinci və üçüncüyerlərdə Şimali və Cənubi Amerika, həmçinin Okeaniya gəlir.

BMT vurğulayır ki, qadın qətlləri ilə bağlı yeni hesabatqurbanlara adekvat dəstəyi təmin etməklə cinayətkarları məsuliyyətəcəlb edən güclü ədalət sistemlərinin qurulmasına ciddi ehtiyacolduğunu göstərir.

Seçilən
19
3
az.trend.az

4Mənbələr