AZ

Sumqayıtda xəstəxananın təmirinə bir milyon manata yaxın vəsait sərf olunacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıt Şəhər Uşaq Xəstəxanasının əsaslı təmir olunması ilə bağlı işlərə başlanılır.
"Trend"in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxs hazırlıqlara başlayıb.
Belə ki, Sumqayıt Şəhər Uşaq Xəstəxanasının əsaslı təmiri və rekonstruksiya ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işləri aparılacaq.
Qurum xəstəxanada sözügedən işlərin icrasının 924 412 AZN-ə başa gələcəyini proqnozlaşdırıb.
Seçilən
15
33
oxu.az

10Mənbələr