ABŞ vətəndaşlarının yarıdan çoxu Ukraynaya hərbi yardımın əleyhinədir.
Azpost.info bildirir ki, bu barədə CBS YouGov” un keçirdiyi sorğunun nəticələri göstərib.
Sorğunun nəticələrinə görə, amerikalıların 51%-i Ukraynaya hərbi yardımın əleyhinədir.
Respondentlər arasında 33% hesab edir ki, yardımın məhdudlaşdırılması Tramp üçün prioritet olmalıdır. 36% bunun orta prioritet olduğunu, 31% isə bunun vacib olmadığını bildirib.
Sorğu noyabrın 19-dan 22-dək 2232 iştirakçı arasında keçirilib.
İyulda keçirilən Pew Research sorğusunun nəticələrinə görə, amerikalıların 48%-i ABŞ-ın Ukraynaya yardım etmək öhdəliyi olduğuna inandığını bildirib, 49%-i isə bunun əleyhinə çıxıb.
Demokrat seçicilər arasında yardıma dəstək böyük olub.