AZ

SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR...

...Salyan şəhərinin Babazanlı massivində yerləşən bir qədim ev var: 1887-ci ildə inşa edilib, tacir Bədəl bəyə məxsus olub...

Hüquq müdafiəçisi Emil Məmmədov həmin bina ilə bağlı "Təzadlar"a maraqlı məlumat verdi:

-Düz 100 il əvvəl xan-bəy mülkü olduğu üçün vaxtilə sahibinin əlindən alınaraq əvvəlcə Neft-qaz kəşfiyyat idarəsinin binası, sonralar isə Gözdən Əlillər Cəmiyyətinin Salyan tədris-istehsalat müəssisəsinin balansına verilib. 2019-cu ilin oktyabr ayında isə Bədəl bəyin Türkiyədə yaşayan nəvələri Mehmet və Nihat Babazanlı kəndinə  gələrək babalarının evində olublar, xatirə şəkli çəkdiriblər. Lakin bu tarixi bina dağılmaq təhlükəsi ilə üz-üzədir. Onu da deyim ki, Bədəl bəy sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə qaçıb. Bu bina isə vaxtı ilə Salyanda ən hündür bina olub...

*** 

Hesab edirik ki, Babazanlı kəndinin bələdiyyəsi, yaxud kəndin ziyalıları kəndin tarixini özündə yaşadan abidə kimi bu binanın bərpa edilərək yaşamasına dəstək versələr, pis olmaz. 

A.Məmmədli

Seçilən
5
tezadlar.az

1Mənbələr