AZ

AFFA Premyer Liqa klublarını və əvəzedicilərini cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqasının son turu ilə bağlı qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL)in rəsmi saytı məlumat yayıb.

Həmin qərarların siyahısı ilə sizi də tanış edirik.

Azərbaycan Premyer Liqası, 14-cü tur

“Səbail” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam klubu 700 manat cərimə edilib. Oyunun 62-ci dəqiqəsində “Səbail”in azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə paytaxt klubu 500 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” 800 manat cərimə edilib.

“Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Sabah” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib.

“Sumqayıt” – “Şamaxı” oyununun 78-ci dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sumqayıt” 800 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 14-cü tur

“Səbail-2” – “Qarabağ-2” oyununun 6-cı dəqiqəsində “Səbail”in futbolçusu Teymur Məmmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Səbail” buna görə 100 manat cərimə edilib.

“Sumqayıt-2” – “Şamaxı-2” oyununun 90+1-ci dəqiqəsində “Şamaxı”nın 70 nömrəli futbolçusu Nicat Xasıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Şamaxı” buna görə 50 manat cərimə edilib.

Seçilən
8
11
arena.az

10Mənbələr