AZ

Azərbaycanda müəmma: Vətəndaş pulu hara ödəsin, “JEK”ə, yoxsa bələdiyyəyə?

İllərdir barəsində ciddi müzakirələrin getməsinə baxmayaraq, Mənzil Kommunal və Texniki Xidmət Sahələri (“JEK”) ilə bağlı mövcud olan problemlər hələ də aktuallığını qoruyur. Qeyd edək ki, “JEK”lər 1983-cü ildə Azərbaycan SSRİ tərəfindən qüvvəyə minmiş Mənzil Məcəlləsi əsasında yaradılıb. Həmin məcəllə isə artıq qüvvədən düşüb. 2009-cu ildə Azərbaycan özünün müstəqil Mənzil Məcəlləsini qəbul edib. Yeni Mənzil Məcəlləsində Mənzil İstismar Sahələri ilə bağlı müddəa ləğv olunub. Buna baxmayaraq, sakinlər bələdiyyələrin həm kommunal, həm də əmlak vergisi adı altında tələb etdiyi ödənişlə yanaşı, “JEK”lərin də “zibil pulu” və “mənzil haqqı” adı ilə yığdıqları ödənişlərə məruz qalırlar.

Məsələnin maraqlı tərəfi ondadır ki, bələdiyyə ödənişləri elektron sistemdə görünsə də, “JEK” ödənişlərinə rəsmi olaraq heç yerdə rast gəlinmir. Sakinləri çaşdıran da məhz bu məqamdır. Onlar nə üçün hər iki quruma təxminən eyni xidmət və təyinat üzrə ödəniş etməli olduqları sualına cavab axtarırlar.

Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov Publika.az-a açıqlama verib.

Onun sözlərinə görə, bələdiyyələrə edilən ödəniş əmlak vergisidir. Belə ki, sakinlər vergisindən azad olduqları 30 kvadratmetr əmlakdan əlavə hissə üçün əmlak vergisi ödəməlidirlər:

“Mənzil istismar sahələri isə zibili daşımaq, həyəti süpürmək, binanın təmiri, ümumi yerlərə nəzarət kimi öhdəlikləri həyata keçirir. Mənzil istismar sahələrinə ödəniş simvolik rəqəmdir. Əslində hər kəs yaşadığı binanı özü nəzarətdə saxlamalı, mənzil mülkiyyətçilərin müştərək cəmiyyətini yaradıb özü idarə etməlidir”.

Ekspert qeyd edir ki, əgər bir bina idarəçiliyi öz üzərinə götürsə, o zaman sakinlər “JEK”ə ödədiyi məbləğdən 10 dəfə çox ödəniş etməli olacaq:

“Əslində, Mənzil Məcəlləsində mənzil istismar sahələri nəzərdə tutulmayıb, sənədli şəkildə mövcud deyil. Sadəcə, dövlət onu əyani şəkildə ləğv etmir, çünki hələ də binalarda “mənzillərdə mülkiyyətçilərin müştərək cəmiyyətləri” yaradılmayıb. Bu cəmiyyətlərin yaradılmadığı binalarda dövlət güzəştli şəkildə “JEK” strukturunu həyata keçirir. Mənzil istimar sahəsinə ödənilən məbləğ xidmət xərcidir. Onun əksər hissəsi zibilin başqa bir müəssisəyə daşınmasına istifadə olunur. Mənzil istismar sahələrinə pul ödəmək istəməyənlər özləri üçün ayrıca “mənzillərdə mülkiyyətçilərin müştərək cəmiyyətləri”ni yarada bilərlər”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə bildirib ki , “JEK”lərin mövcudluğu məsələsi qanunvericilikdə yox, praktikada nəzərdə tutulur:

“Bələdiyyələrin fəaliyyəti çox zəif olduğu üçün bu qurumlar qanunvericilikdə olmamasına rəğmən fəaliyyət göstərir. İcra hakimiyyətləri, bələdiyyələr və müvafiq kommunal funksiyanı həyata keçirən quruluşların konkret səlahiyyətləri qanunvericilikdə əks olunmalıdır. Bu məsələ bir çox hallarda idarəetmədə ciddi problemlərə gətirib çıxarır. Bunun da əziyyətini vətəndaşlar çəkir. Ona görə də bu məsələ ətrafında mütləq ciddi fikir aydınlığı olmalıdır. Biz bunu həll etməliyik”.

Seçilən
11
2
news24.az

4Mənbələr