AZ

Autizmin erkən aşkarlanması və reabilitasiyası üçün dövlət proqramının qəbulu vacibdir -  TƏKLİF

Autizmin Autizmin erkən aşkarlanması və reabilitasiyası üçün dövlət proqramının qəbulu vacibdir -

Autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacibdir.

E-saglam.az “Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı təklif edib.

Onun sözlərinə görə, uşaqlar arasında bəzi spektrum pozuntuları var ki, onların aşkarlanması və müalicəsi ilə bağlı həm səhiyyə, həm də sosial müdafiə sahəsində xüsusi yanaşma tələb edilir:

“Bu gün genetik və ətraf mühit faktorları ilə bağlı yaranan autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacibdir. Erkən diaqnostika, keyfiyyətli reabilitasiya uzunmüddətli perspektivdə həm dövlət büdcəsinin, həm də əhalinin maliyyə yükünün azaldılmasına xidmət edəcək. Bu problemin həllinə bu cür sistemli yanaşma hazırda səhiyyə və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlərin effektivliyini daha da artırmış olacaq”.

E-saglam.az

Seçilən
21
6
e-saglam.az

9Mənbələr