AZ

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti 12 şəhər və rayon üzrə 20 obyektdə monitorinqlər keçirib - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan və quş ətinin iaşə və ticarət obyektlərində satışı və istifadəsinin qarşısının alınması ilə əlaqədar ümumilikdə 12 şəhər və rayon üzrə 20 obyektdə monitorinqlər keçirilib.

Ekologiya.az bildirir ki, monitorinqlər Bakı və Sumqayıt şəhərlərində, Şabran, Abşeron, Astara, Salyan, Quba, Xaçmaz, Masallı, Qusar, Biləsuvar və Sabirabad rayonlarında yerləşən restoran, kafe və digər ictimai iaşə obyektlərini əhatə edib. 

Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı məntəqəsində, Sumqayıt şəhərində fəaliyyət göstərən “Ərkivan”, “Zeytun”, Şabran rayonunda fəaliyyət göstərən “Qala” və “Dağlı”, Astara rayonunda fəaliyyət göstərən "Astara", “Ümid” və "Ceyran", Abşeron rayonunda fəaliyyət göstərən “Təşəbbüs”, Quba rayonunuda fəaliyyət göstərən “Quba Central”, Xaçmaz rayonunda fəaliyyət göstərən “Yaşıl bağ”, “Sərin meşə”, “Sərin bulaq”, Masallı rayonunda fəaliyyət göstərən “Masallı hotel”, Qusar rayonunda fəaliyyət göstərən "Diamond", Biləsuvar rayonunda fəaliyyət göstərən “Cənnət bağı”, “Araz”, Sabirabad rayonunda fəaliyyət göstərən “Çinarlı”, “Zəfər”, Salyan rayonunda fəaliyyət göstərən “Turalın restoranı” adlı iaşə obyektində keçirilmiş monitorinqlər zamanı ümumilikdə 91 baş çöl quşu (qaşqaldaq və ördək) aşkar olunaraq götürülüb.

Aşkarlanmış nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb. Hazırda monitorinqlər davam etdirilir.


Seçilən
9
ekologiya.az

1Mənbələr