Cəlilabadın 118 kəndindən 63-də hələ də qaz yoxdur. Bunu deputat Elman Nəsirov deyib.
"Azərişığın rayonda gördüyü işləri müsbət qiymətləndirirəm. Təəssüf ki, eyni şeyi Azəriqazla bağlı deyə bilməyəcəm. 118 kənddən 63-də hələ də qaz yoxdur. Yaxşı olar ki, sərhədboyu kəndlər üçün analoji dövlət proqramı hazırlansın. Ən azı İranla sərhəd kəndlərin qazlaşdırılması problemi həll olunsun", - deputat noyabrın 26-da Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Gülnar Nazimqızı
www.anews.az