AZ

Metronun bu stansiyasında qatarların hərəkət qrafiki dəyişdirilir

Bakı.Trend:


"Həzi Aslanov" stansiyasında qatarların dönmə kamerasının əsaslıtəmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropolitenininYaşıl və Qırmızı xətlərində qatarların hərəkət qrafikinə noyabrayının 30-dan dəyişiklik ediləcək.

Trend xəbər verir ki, bunu bugün jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrmüavini Hidayət Məmmədov deyib.

O bildirib ki, təmir müddətində xətlərdə hərəkətin təşkili,eləcə də “Həzi Aslanov” stansiyasının sərnişindaşıma fəaliyyətinintənzimlənməsi məqsədilə digər texniki məsələlərlə bağlı bir sıratədbirlər həyata keçirilib.

“Qatarlar Qırmızı xətt üzrə (“İçərişəhər” stansiyasından) vəYaşıl xətt üzrə (“Dərnəgül” stansiyasından) “Əhmədli” stansiyasınaqədər hərəkət edəcək.

İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdənmümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Gur saatlarda(07:00-10:00 və 17:30-19:30) “28 May-Əhmədli” sahəsində qatarlarınhərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədəqatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-aqədər 2,5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabərolacaq.

“Bakmil” istiqamətində hərəkət edən qatarların hərəkət cədvəlidə noyabr ayının 30-dan dəyişdiriləcək. Qatarların bu stansiyaya vəəksinə hərəkət cədvəli noyabr ayının 29-da “Bakı Metropoliteni”QSC-nin rəsmi “metro.gov.az” internet saytının müvafiq bölməsindəyerləşdiriləcək.

“Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edənsərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslıtəmir işləri başa çatana qədər stansiyanın sərnişindaşımafəaliyyəti dayandırılmayacaq. Lakin bu stansiyadan qatarlarınhərəkəti yalnız “Əhmədli” stansiyasına və geri olmaqla təşkilolunacaq. “Əhmədli” və “Həzi Aslanov” stansiyalarından qatarlarınhərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.

“Əhmədli-Həzi Aslanov” stansiyalarından qatarların hərəkətcədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internetsaytının “Sərnişinlər” bölməsinin “Qatarların hərəkət cədvəli”yarımbölməsində yerləşdiriləcək.

Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” mənzili və Bənövşəyi xətdəqatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək”,- deyə o qeydedib.

Seçilən
8
45
az.trend.az

10Mənbələr