Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişanla birlikdə Türkiyənin İstanbul şəhərinə yollanıb.
Publika.az xəbər verir ki, müğənni 6 ildən sonra İstanbula getdiyini açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Nəhayət... 6 ildir İstanbula gəlmirdim, bağrım çatlayırdı. Deyirdim, gedərəm, arzum gözümdə qalar. İstanbulsuz qala bilmirəm, şükür qovuşdurana".
Haşımova daha sonra qızı ilə foto paylaşaraq "Yavrum, varlığın üçün çox sağ ol. Səni sevirəm" - deyə qeyd edib.