Bakı.Trend:
Bakı metropoliteni noyabrın 28-də Azərbaycanı UEFA Avropa Liqasıturnirinin əsas mərhələsində təmsil edən “Qarabağ” Futbol Klubununoyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.
Trend xəbər verir ki, bunu bugün jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrmüavini Hidayət Məmmədov deyib.
O bildirib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) müraciəti əsasında və Bakı metropoliteninin paytaxtdakeçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq,stansiyaların iş rejimi 1 saat uzadılacaq.
“Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-dəbaşlanacaq qarşılaşmanın gecə saatlarında yekunlaşacağı nəzərəalınaraq, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasındaaxşam saatlarından gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Oyunərəfəsində stansiyada nəzarət mexanizmləri gücləndiriləcək vənövbətçilik cədvəli tərtib ediləcək. Sərnişinlərin yönləndirilməsi,səmti daha rahat müəyyən etməsi üçün əlavə işçi qüvvəsi cəlbolunacaq.
Azarkeşlərin mənzil başına rahat çatdırılması və təhlükəsizdaşınmasını təmin etmək məqsədilə bütün stansiyaların qapıları gecəsaat 01:00-a qədər açıq olacaq. “Nərimanov” və “28 May”stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinəuyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə, ehtiyat qatarlarxəttə buraxılacaq.
Qatarların hərəkəti oyun yekunlaşdıqdan sonra xüsusi qaydadatənzimlənəcək”,- deyə o qeyd edib.