AZ

Ruttenin səfəri Afinada etirazlarla qarşılandı

Ruttenin səfəri Afinada etirazlarla qarşılandı

Afinada NATO-nun baş katibi Mark Ruttenin Yunanıstana səfəri və Ukraynaya yardım göstərilməsinə qarşı etiraz aksiyası keçirilib.AFN.az yerli mediaya istinadən xəbər verir ki, etirazçılar Ruttenin Afinaya gəlişini pisləyiblər. Nümayişçilər həmçinin Yunanıstanı münaqişələrdə iştirakını dayandırmağa və ölkədəki ABŞ hərbi bazalarını bağlamağa çağırıblar. Bundan əlavə, mitinqdə Ukrayna və İsrailə hərbi dəstəkdən imtina tələbləri səsləndirilib.Etirazçılar “Yunanıstan müharibədən çıxdı! ABŞ və NATO bazalarını bağlayın. Ölkə xaricində hərbi missiyaları dayandırın! Zelenski rejiminə hər cür hərbi yardımı dayandırın!” - deyə şüarlar səsləndiriblər.Mitinq Yunanıstan Kommunist Partiyası (KKE) və Yunanıstan Kommunist Gəncliyi (KYE) tərəfindən təşkil olunub. Nümayiş Ruttenin Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə danışıqları ərəfəsində keçirilib.

Seçilən
43
afn.az

1Mənbələr