"Bir sıra məsələlər var ki, elə bil bunu qəsdən edirlər ki, camaat narazı qalsın. 80 manat məsələsi ayıb bir rəqəmdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
"Bizim qəhrəman oğlanlarımıza, qazilərimizə bu nə müavinətdir verilir? Hamı bundan narazılıq edir, qazilər üzərimizə gəlir", - deyə deputat bildirib.
Anar Kəlbiyev