AZ

"5 aydır övladlarımı görə bilmirəm" - Maskın eks-sevgilisi

Milyarder İlon Maskın keçmiş müğənni sevgilisi Qrayms 5 aydan çoxdur övladlarını görə bilmədiyini deyib.Missiya.Az xəbər verir ki, bu barədə ifaçı "X" sosial media hesabında yazıb.

İş adamı ilə qəyyumluq uğrunda mübarizə aparan Qrayms “Bütün bir il ərzində anaların hüquqlarını pozan, ədalətsiz qanunları olan bir əyalətdə məhkəmə gedir. 5 aydır ki, 3 övladımı da görmürəm” deyə, yazıb.

Müğənni vurğulayıb ki, uşaqları üçün apardığı bu mübarizədə o, yaradıcılığına vaxt və maliyə ayıra bilmir.

Məlumat üçün bildirək ki, Maskla Qraymsın 3, milyarderin isə ümumilikdə 12 övladı var.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr