Avropa İttifaqı və onun üzvü olan ölkələr Ukraynaya dəstək üçün artıq 124 milyard avro xərcləyiblər, lakin bu, kifayət deyil və avropalılar təcili olaraq Kiyevə yardımlarını artırmalıdırlar.
Bu barədə Avropa Komissiyasının iclasında Avropanın ədliyyə komissarı Didye Reynders bildirib.
“Avropa İttifaqı və ona üzv dövlətlər tərəfindən Ukraynaya və onun xalqına ümumi yardım təxminən 124 milyard avro təşkil edir".
O vurğulayıb ki, Aİ ölkələri Ukraynaya hərbi ehtiyaclar üçün 45,5 milyard avro yardım edib və F-16 təyyarələri də daxil olmaqla, öz ehtiyatlarından “geniş çeşiddə silah” tədarük edib.
Reynders qeyd edib ki, Aİ Ukraynada hərbi istehsalın inkişafına 1,5 milyard avroluq ikinci tranşdan immobilizasiya olunmuş Rusiya aktivlərindən cəlb edilmiş 1 milyard avro sərmayə qoymaq niyyətindədir.
“Gözlənilən 1,5 milyard avroluq növbəti tranşdan biz Ukraynanın [müdafiə] sənayesinə 1 milyard avro ayırmağı təklif edirik”, - Reynders bildirib.
O, daha əvvəl açıqlanan rəqəmləri də dilə gətirib, ona görə ki, Aİ Kiyevə səkkiz aylıq gecikmə ilə də olsa, 1 milyon mərmi tədarük etmək vədini yerinə yetirib və Ukrayna silahlı qüvvələri üçün 65 min əsgərin təlimini artıq başa çatdırıb.