AZ

Futbol tarixinin ən yaxşı qurtarışları: Zirvədə görün hansı qapıçılar dayanıb

"GiveMeSport" futbol tarixinin ən yaxşı seyvlərinin reytinqini yeniləyib.

Publika.az xəbər verir ki, siyahıda ilk pilləni 1970-ci il dünya çempionatının qrup mərhələsində İngiltərə yığmasının qapıçısı Qordon Benksin xilası tutub. O, əfsanəvi Pelenin baş zərbəsini dəf edib. Bir çox nəşrlər bu qurtarışı “əsrin xilası” adlandırdılar.

İkinci yerdə 2022-ci il dünya çempionatının finalında son saniyələrdə Randal Kolo Muaninin zərbəsini dəf edərək, komandasına - Argentina millisinə çempionluq gətirən qapıçı Emiliano Martines qərarlaşıb.

"İlk üçlüy"ü "Sanderlend"in qapıçısı Cim Montqomerin 1973-cü ildə İngiltərə Kubokunun finalında "Lidslə" oyundakı qurtarışı qapayıb.

Seçilən
12
publika.az

1Mənbələr