AZ

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmləndi- ÖZƏL

"Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. 80 dövlət və hökumət başçısının, 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyduq". "Olaylar" xəbər verir ki, bunu Milli Məlisin deputatı Malik Həsənov deyib: "Ötən ilin dekabrında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ilə hazırlıq işlərinə başlayan ölkəmiz tədbirin çox yüksək səviyyədə təşkili üçün qısa zamanda zəruri olan bütün işləri həyata keçirdi. Cənab İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycan xalqının böyük uğuru olacaq. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın bugünədək ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksək səviyyədə dəyərləndirilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu, hər bir sahədə zəngin təcrübəyə malik olması, inkişafın Azərbaycan modelinin movcudluğudur. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin hərtərfli inkişafını qarşıya mühüm vəzifə kimi qoyaraq kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyinə çağırışlar edir və bunu atdığı addımları ilə təsdiqləyir. Hazırda Azərbaycana hər bir sahədə beynəlxalq baxış  yüksək səviyyədədir. Hər bir yenilik, təkmilləşmə aparılan siyasətin əsasında dayanır. Yeni çağırışlar uğurla həyata keçirilir. Reallıq budur ki, Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr