AZ

AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



AFFA-nın İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının XIV turunda oyunlar zamanı baş verən xoşagəlməz hadisələr müzakirə olunub, qaydalara riayət etməyən klublar cəzalandırılıb.
Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Səbail" - "Qarabağ" oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. Matçın 62-ci dəqiqəsində azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə "Səbail" 500 manat xərcə düşüb. Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.
"Neftçi" - "Zirə" oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.
"Turan Tovuz" - "Sabah" 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat ödəyəcək.
"Sumqayıt" - "Şamaxı" görüşünün 78-ci dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə meydan sahibləri 800 manat cərimələniblər.
Seçilən
6
oxu.az

1Mənbələr