Bakı. Trend:
Qusar rayonunun Ləzə kəndində turizm infrastrukturununyaradılması ilə bağlı işlərə başlanılır.
Trend-in dövlət satınalmalarının vahid internetportalından əldə etdiyi məlumta görə, bununla bağlı AzərbaycanRespublikasının Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
Belə ki, Əsas Şərtlər Toplusunda FORMA 2 cədvəlinə uyğun olaraqQusar rayonunun Ləzə kəndində turizm infrastrukturunun yaradılmasınəzərdə tutulub.
Agentlik sözügedən işlərin icrasının 1.148.473,00 AZN-ə (1milyon 148 min 473 manat) başa gələcəyini proqnozlaşdırıb.