Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) həmsədrləri PKK terror qruplaşmasının lideri Abdullah Öcalanla görüşəcək.
"Cebheinfo.az" xəbər verir ki, onlar İmralıya getmək üçün rəsmi müraciət ediblər.
Bu barədə DEM Partiyasının həmsədri Tuncer Bakırhan açıqlama verib.
O, həmsədr Tülay Hatımoğulları Oruç ilə birlikdə Abdullah Öcalanla görüşmək üçün Ədliyyə Nazirliyinə müraciət etdiklərini deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının "DEM Partiyasının gecikmədən İmralıya gedərək, üz-üzə təmaslara getməsini gözləyirik" çağırışından sonra bu addımın atılması diqqət çəkib.
Elmir Mustafa
"Cebheinfo.az"