Türkiyənin kişilərdən ibarət basketbol yığması AÇ-2025-in seçmə mərhələsində yer aldığı B qrupunda 4-cü oyununu keçirib.
Ərgin Atamanın komandası səfərdə Macarıstan ilə qarşılaşıb. Qardaş ölkənin komandası oyunun gedişində müəyyən çətinliklərlə üzləşsə də, yekunda 81:76 hesablı mühüm qələbə qazanıb. Türkiyə bununla da qrup mərhələsinin sonuna 2 tur qalmış qitə turnirinin final mərhələsinə vəsiqəni rəsmiləşdirib. ''Ay-ulduzlular''ın heyətində Cedi Osman əla performans sərgiləyərək qələbədə mühüm rol oynayıb. Bu mövsüm ''Panatinaikos''un uğurları üçün tər tökən Osman 33 xalla oyunun ən məhsuldar basketbolçusu olub.
''Panatinaikos''un digər üzvü Ömər Faruk Yurtsevən 22 xal toplayıb. Türkiyə qrupda 4-cü oyunda 3-cü qələbəsini qazanmaqla gələn il Cənubi Kipr, Finlandiya, Latviya və Polşanın birlikdə ev sahibliyi edəcəyi AÇ-də iştirak etməyə haqq qazanıb. Bu dəfəki turnir sayca 42-ci olacaq və 27 avqust - 14 sentyabr tarixlərində keçiriləcək.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta