"X" sosial media platformasının sahibi, milyarder İlon Mask Böyük Britaniyanı “qəddar polis dövləti” olmaqda ittiham edib.
"Cebheinfo.az" xəbər verir ki, İngiltərədə ümumi seçkilərin keçirilməsini tələb edən kampaniyada imzaların sayı 2 milyonu keçdikdən sonra Mask "X"-dəki paylaşımında daha əvvəl tənqid etdiyi İngiltərə Baş naziri Keir Starmer və hökumətini yenidən hədəfə alıb.
Mask isveçli bir jurnalistin İngiltərədə yeni ümumi seçki çağırışı edən xalqın başlatdığı kampaniyada imza sayının milyonlara çatdığına dair yazısına istinad edib.
Mask "İngilis xalqı qəddar polis dövlətindən bezdi", - deyib.
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın müttəfiqi və onun komandasının üzvü olan Mask daha əvvəl Starmerin idarə etdiyi İngiltərə polisini insanlara irqindən asılı olaraq fərqli davranmaqda ittiham etmişdi.
Bundan əlavə, Mask həftə sonu "X"-də Böyük Britaniyada Starmerə ictimai dəstəyin azaldığını göstərən bir qrafik paylaşmışdı.
Nigar Hacılı
"Cebheinfo.az"