AZ

Səyyad Aran: “A kişi, qurtarın da bunları”

Deputat Səyyad Aran Milli Məclisdəki büdcə müzakirəsində İmişlidə vaxtilə başlanan, amma başa çatdırılmayan kanalizasiya xəttinin çəkilişi məsələsinə hökumətin diqqətini çəkməyə çalışıb.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, 2014-cü ildən işlərin yarımçıq qalması nəticəsində dövlətin ayırdığı vəsait yoxa çıxıb, yaxud işlərin davamında əlavə vəsaitlər tələb olunacaq.

Səyyad Aran İmişli və ətraf 3 rayonun 410 minlik əhalisinin lor həkimə ehtiyacının olduğunu deyib.

Daha sonra bildirib ki, İmişli və Saatlının bəzi kəndləri hələ də qazsızdır:

“A kişi, qurtarın da bunları! Qazlaşmanı yekunlaşdırın, qarşısından da bir yağlı “5” yazın! Niyə qonşu kəndi qazlaşdırırsınız, digərini yox?”

Səyyad Aran sonda müharibə veteranları ilə bağlı məsələyə də diqqət çəkib:

“Sanki qəsdən edirlər ki, camaat narazı qalsın. Müharibə iştirakçılarına verilən 80 manat məsələsi ayıbdan ayıbdır. Bizim qəhrəman oğullarımıza niyə bu məbləğdə vəsait verilir? Qazilər üstümüzə gəlirlər”.

E.Paşasoy,
Musavat.com

Seçilən
3
1
musavat.com

2Mənbələr