Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask Almaniyanın sabiq kansleri Angela Merkelin onun kosmik sahədəki fəaliyyəti ilə bağlı tənqidinə cavab verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
“Bu Angela Merkel kimdir?”, – Mask yazıb.
Keçmiş kansler bundan öncə Almaniya mediasına müsahibəsində Maskın kosmosdakı bütün peyklərin 60 faizinə sahib olduğunu söyləmişdi. Merkel bu vəziyyətdən və milyarderin siyasi baxışlarından ciddi narahatlığını dilə gətirmişdi.
Müəllif: Qənirə Süleymanova