AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının 14-cü turunda baş verənlər müzakirə olunub.
Komitə üzvləri xoşagəlməz hadisələrə hüquqi qiymət veriblər. Yekunda AFFA bəzi klubları cəzalandırıb.
“Səbail” – “Qarabağ” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. Matçın 62-ci dəqiqəsində azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə “Səbail” 500 manat xərcə düşüb. Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.
“Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.
“Turan Tovuz” – “Sabah” 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat ödəyəcək.
“Sumqayıt” – “Şamaxı” görüşünün 78-ci dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə meydan sahibləri 800 manat cərimələniblər.