Rusiyanın Çelyabinsk vilayətində Ukraynada müharibədə həlak olduğu bildirilən əsgərin valideynləri evlərinə göndərilmiş dəmir tabutun açılmasını tələb ediblər.
Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, valideynlər əvvəlcə göndərilmiş sənədlərdəki uyğunsuzluğu aşkar ediblər və bundan sonra şübhələri yaranıb ki, tabutdakı onların övladı deyil. Valideynlərin tələbi ilə hərbi komissarlığın və morq əməkdaşlarının iştirakı ilə tabut açılıb və məlum olub ki, oradakı cəsəd başqa əsgərindir.
Faktla bağlı araşdırma aparılır.
ElcanMissiya.Az