Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbrələrininiştirakı ilə Nərəcan kəndində növbəti səyyar qəbulunu keçirib.
Trend xəbərverir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumatyayıb.
Bildirirlib ki, qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrənümayəndəliyinə daxil olan Nərəcan, Ağtala, Sabiroba, Mürşüdoba,Çiləgir və Mənçəroba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər su təchizatının yaxşılaşdırılması, yolların təmiri vətibb məntəqəsi üçün yeni binanın inşası ilə bağlı müraciətlərsəsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiqtapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həlledilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.
Səyyar qəbuldan sonra Nərəcan kəndində “Yaşıl dünya naminəhəmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Rayonİcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizəorqanlarının rəhbərləri və sakinlər Nərəcan kənd tam ortaməktəbinin həyətinə yerli iqlim şəraitinə uyğun gələn yeni ağaclarəkiblər.