AZ

"Google maps"lə yol gedən 3 nəfər körpüdən düşüb öldü - Video

“Google” xəritələrindən (Google maps) istifadə edən 3 nəfər faciəvi şəkildə ölüb.

Ölkə.Az "Hindustan times"a istinadla xəbər verir ki, hadisə Hindistanın Uttar-Pradeş ştatının Bareli şəhərində baş verib.

Belə ki, ötən şənbə günü ətraf kənddən keçən sakinlər Ramqanqa çayının sahilində bir avtomobilin suya batdığını görüblər. 
Avtomobilin olduğu yerə gedən insanlar içərisində 3 cəsəd tapıblar.
Hadisə yerinə gələn polis qruplarının apardığı araşdırmaya görə, avtomobildə olanlar toydan qayıdarkən “Google Maps GPS”dən istifadə ediblər. Bu zaman “google maps” avtomobildəkiləri yarısı uçmuş körpüyə yönəldib.

Yol həmin vaxt aydın görünsə də, yüksək sürətlə hərəkət etdiyindən nəqliyyat vasitəsi körpüdən uçub. Avtomobil sərnişinləri ilə birlikdə təxminən 7.5 metr hündürlükdən çay yatağındakı çuxura düşüb. Qəza nəticəsində avtomobildə olan mühafizə işçiləri Kauşal Kumai, Amit və Vivet Kumar həlak olublar. 

Zərərçəkənlərin ailə üzvləri hadisədə aidiyyatı qurumları ittiham edib. Ölənlərin yaxınları hesab edir ki, hadisənin əsas səbəbi körpünün indiyədək tikilməməsi və müvafiq xəbərdarlıq nişanlarının qoyulmamasıdır.
Bildirilib ki, Ramqanqa çayı üzərindəki körpü 2022-ci ildə baş verən böyük sel fəlakəti zamanı dağılıb və müxtəlif nasazlıqlara görə körpünün tamamlanması işləri yarımçıq qalıb.

Mütəxəssislərin fikrincə, körpüdə gediş-gəliş qadağan edilsə də, kifayət qədər xəbərdarlıq nişanlarının olmaması və sürücülərin köhnəlmiş rəqəmsal xəritə sistemlərindən istifadə etməsi ərazini təhlükəli edib.

Billurə Yunus

Seçilən
17
olke.az

1Mənbələr