AZ

Nazir İsraili Qəzzanı işğal etməyə çağırır

Nazir

İsrailin maliyyə naziri Bezalel Smotriç işğal altındakı İordan çayının qərb sahilində qanunsuz məskunlaşanların təmsilçisi Yeşa Şurasının təşkil etdiyi konfransda Qəzza ilə bağlı qalmaqallı açıqlama verib.

Reyting.az
-ın məlumatına görə, B. Smotriç deyib ki, İsrail Qəzzanı işğal etməlidir və “İşğal” sözündən qorxmaq lazım deyil.

Fələstinlilərin Qəzzanı tərk etməsi üçün İsrailin “könüllü köçü təşviq etməli” olduğunu vacib sayan Smotriçin fikrincə, Qəzzanın indiki əhalisi 2 il ərzində yarıdan azına qədər azaldıla bilər və könüllü köçün Qərb Şəriyəsi üçün bir model yaradar.

İsrail ordusunun Qəzzada qalmasını vacib sayan Smotriç əlavə edib:

“Təhlükəsizliyi təmin etmək, Qəzzanın yenidən silahlanmasını və İsrail vətəndaşları üçün təhlükəyə çevrilməsinin qarşısını almaq və bu prosesdə mülki işlərə nəzarət etmək üçün İsrail ordusu orada qalmalıdır”.

ELÇİN
Seçilən
10
reyting.az

1Mənbələr