AZ

Başa düşmürəm, bu şəxs necə cərrahi əməliyyat aparır?! - Deputat

“Mətbuatdan oxuyuram ki, guya estetik cərrah “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova qaynı arvadını əməliyyat edib və nəticə faciə doğurub. Onun heç tibbi təhsili də yoxdur. O, necə cərrahi əməliyyat aparıb? Ona kim icazə verib?”

Ölkə.Az xəbər verir ki, bunu deputat Səyyad Aran parlamentdə 2025-ci il büdcə müzakirələri zamanı deyib.

O əlavə edib ki, vəziyyət dəhşətli dərəcədə faciəyə doğru gedir: “Həm də qaynı arvadını ikinci dəfədir ki, bu cür ölümcül vəziyyətə düçar edib. Özü də yazılıb ki, bu adamın tibbi təhsili yoxdur. Başa düşmürəm, bu şəxs necə cərrahi əməliyyat aparır?! Buna icazə verilirmi?! Xahiş edirəm həm səhiyyə naziri, həm də TƏBİB-in rəhbəri bu məsələyə diqqət eləsin”, - deputat bildirib.

Mürtəza
Ölkə.Az

Seçilən
18
olke.az

1Mənbələr