AZ

Orxan Xəyyam KÖMƏK İSTƏDİ: “Adama 1000 manat qoysaq…”

“Heç olmasa, adama 1000 manat pul qoyaq”

Yenicag.az xəbər verir ki, bu sözləri Orxan Lökbatanlı efirdə deyib.

O, xəstə yatağında əziyyət çəkən həmkarı Xəyyam Əhmədliyə görə sənət dostlarını qınayıb və onun üçün dəstək istəyib:

“Böyük əksəriyyət Xəyyamla maraqlanmayıb. Heç olmasa, 30 nəfər adama 1000 manat ayırsaq, 30 min pul edir. Az pul deyil ki… Bu qədərmi yıxılmışıq, düşmüşük, sosial şəbəkədə adam axtarırıq?! Gərək, özümüz özümüzə nə isə edək ki, qıraqdan baxan da nə isə etsin. Mən etmədim, sən etmədin, bəs kim etsin?! Keçmişi bu qədərmi unutmuşuq? Mən bu gün niyə Rəşadın yanındayam, bilirsiniz?! Çünki mən 14 gün ölüm yatsğında yatmışam, hər gözümü açanda da, görmüşəm, alnımı ovxalayıb. Elə şeylər var, milyardla ölçülmür. Niyə bu qədər qəddarlaşmışıq?! Lazım olan məbləği də mən verdim”.

Nehru

Seçilən
11
yenicag.az

1Mənbələr