AZ

Ukraynanı sevindirən xəbər: NATO gözlənilən qərarı verdi

NATO Parlament Assambleyası Ukraynaya yardımla bağlı qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu, Kiyevə ortamənzilli (1000-dən 5500 kilometrə qədər), o cümlədən “Tomahawk” tipli raketlərin verilməsini nəzərdə tutur.

Qətnamədə, həmçinin bildirilir ki, Ukrayna tərəfinə verilən silahlarla Rusiya hərbi obyektlərinə zərbələr endirmək icazəsi verilir.

Ukrayna uzun müddətdir Qərb dövlətlərindən, xüsusən də ABŞ-dan “Tomahawk” raketlərini istəyirdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
27
teleqraf.com

1Mənbələr