AZ

“Rəqəmsal hərəkat dünyada süni din yaratmağa çalışır” - Ərdoğan

“Fələstində, Qəzzada, Livanda və digər İslam torpaqlarında qırğınlar törətməklə müsəlmanları məhv etməyə çalışanların olduğu açıq-aşkardır”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7-ci Dini Şurada çıxış edərkən deyib.

“Rəqəmsal hərəkat İslam dini başda olmaqla yer üzündəki bütün səmavi dinləri hədəfə alıb məhv edərək yeni bir süni din yaratmağa çalışır. Rəqəmsal dünya qlobal miqyasda bütün dəyərləri məhv edərkən, müsəlmanları və xüsusilə sünni inancını birbaşa hədəfə qoyur. Biz başa düşməliyik ki, rəqəmsal dünya sadəcə kapitalist alət deyil”, - deyə siyasətçi vurğulayıb.

Ərdoğan bildirib ki, müsəlmanları bütün dəyərləri ilə rəqəmsal inanc sistemlərindən qorumaq üçün təcili tədbirlər görülməli və həyata keçirilməlidir.

“Rəqəmsal texno mədəniyyətini idarə edənlərin öz inanclarını və həyat tərzlərini yeni nəsillərə yeridərək ciddi pul qazandıqlarını görürük”, - deyə siyasətçi bildirib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr