"Bank of China"ın keçmiş idarə heyəti sədri Lyü Lyanqı rüşvətxorluğa görə ölüm cəzasına məhkum edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun saytı məlumat yayıb.
Şandun əyalətinin Xalq Məhkəməsi keçmiş partiya komitəsi katibi Lyü Lyanqının rüşvət almaqda təqsirli bilinərək edam cəzasına, iki illik icra təxirinə, ömürlük siyasi hüquqlardan məhrum edilməsinə və bütün şəxsi əmlakının müsadirə olunmasına qərar verib.
Son aylarda Çində yüksək vəzifəli bank əməkdaşlarının bir çoxu məhkəmə qarşısına çıxarılıb. Oktyabrın 10-da Xubey əyalətinin məhkəməsi Çin Xalq Bankının keçmiş sədr müavini Fan İfeyi 386 milyon yuan məbləğində rüşvət almaqda təqsirli bilərək iki illik icra təxirli ölüm cəzasına məhkum edib.
Bundan əvvəl isə "China Development Bank"ın keçmiş vitse-prezidenti Van Yonqşen rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Paşa Məmmədli