AZ

Rutte Ukraynaya hərbi yardımı təcili artırmağa çağırıb

NATO-nun baş katibi Mark Rutte Qərb ölkələrini münaqişənin gedişatını dəyişmək üçün Ukraynaya hərbi yardımı təcili artırmağa çağırıb.

Qaziler.az xəbər verir ki, onun sözlərini “Bild” nəşri yayıb.

“Bizim dəstəyimiz sayəsində Ukrayna mübarizəni davam etdirir. Lakin biz bu münaqişənin gedişatını dəyişmək üçün daha da irəli getməliyik”, - Rutte bildirib.

NATO-nun baş katibi hesab edir ki, Kiyevin müttəfiqləri əlavə hava hücumundan müdafiə sistemini təmin etməli və alyansın Vaşinqtonda keçirilən sammitində Ukraynaya verdiyi vədləri yerinə yetirməlidir.

“Söhbət ilin sonuna qədər 40 milyard avro məbləğində yardımın göstərilməsindən gedir”, - məlumatda qeyd olunub.

QAZİLER.AZ

Seçilən
8
1
qaziler.az

2Mənbələr