AZ

Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək

Sabah Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlanacaq.

“İki sahil” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

O bildirib ki, bələdiyyə seçkilərinin tarixinin açıqlanması üçün sabah MSK-nin iclasi təyin edilir.

Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir dekabrın 23-də keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.

Seçilən
9
49
ikisahil.az

10Mənbələr