Bu günlərdə Bakıda 1,5,14,88A,21 nömrəli müntəzəm marşrut xətləri üzrə yeni avtobuslar fəaliyyətə başlayıb. Yeni avtobusların hansı üstünlükləri var? Ümumiyyətlə Bakının nəqliyyat sistemində yaxın gələcəkdə hansı yeniliklərin olması gözlənilə bilər?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynov Referans.az" target="_blank">Referans.az-ın suallarını cavablandırıb. O bildirib ki, Bakıya gətirilən avtobusların çoxu elektrik mühərrikli nəqliyyat vasitələridir. Bu isə əslində şəhərdəki ictimai nəqliyyatın təşkilində və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində çox müsbət işlərdir. Bu layihə Bakının çirklənməsinin qarşısının alınmasında xeyli müsbət töhfə verə bilər. Məlumdur ki, bu günə qədər şəhərdəki bütün avtobuslar demək olar ki, dizel yanacağı ilə hərəkət edirdi. Dizel mühərriklər atmosferdə karbon qazını emisiyanın artmasında daha çox rol oynayır.
Ekspert ölkəmizin 2030-cu ilə qədər karbon emissiyası səviyyəsinin 40 faizə qədər azaldılması kimi öhdəliklər götürüb.Bundan əlavə Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı öhdəliklərimiz də var. Bütün bunlarla yanaşı elektromobillərin tətbiqi də öz faydasını verməlidir. Bu baxımdan bu nəqliyyat vasitələrinin sərnişinlərin rahatlıqları üçün də əhəmiyyəti gözlənilir.
Mütəxəssis onu da deyib ki, hələlik isə Bakının ictimai nəqliyyatı ilə bağlı müsbət yeniliklərin olacağını gözləmək çətindir. Çünki Bakıda hələ də avtomobil tıxacları problemi öz həllini tapmayıb. Avtobus zolaqlarının bir çox yerlərdə olması qismən tıxacların azalmasına şərait yaratsa da digər nəqliyyat vasitələrinin hərəkətinə maneələr törədir. Bundan başqa avtobus xətləri ilə kəsişən yolların problemi isə hələ də qalmaqdadır. Əgər biz Bakıda ictimai nəqliyyatın tıxac problemini həll edə bilsək olsaq bu sahədə ciddi uğur əldə etmiş olarıq.
Məsələ öz həllini tapmazsa o zaman problem getdikcə daha geniş miqyas ala bilər. Ekspert onu da diqqətə çatdırıb ki, ictimai nəqliyyatdakı yeni avtobuslar və digər yeniliklər təkcə mərkəzi küçələri əhatə etməməlidir. Bu kimi yeniliklər Bakııtrafı qəsəbə və kəndlərin də ictimai nəqliyyatına şamil olunmalıdır. “İstənilən halda ictimai nəqliyyatın təşkili ilə məşğul olan şirkətlərin nəqliyyat parkının yenilənməsi hər bir halda müsbət hadisədir”,-deyə İlqar Hüseynov qeyd edib.
Bünyamin Bünyadzadə