AZ

Ermənistan mülki şəxslərə Azərbaycana qarşı PUA-dan istifadə təlimləri keçirir:  A.Dudaya deyilən "sülh" yalanı 

Xəbər verdiyimiz kimi 2015-ci ildən Polşa prezidenti olan Anjey Duda 9 illik prezidentliyi dövründə ərzində Ermənistan ilk səfəri reallaşıb.
rəvanda o həmkarı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan görüşüb və təbii ki söhbətləşib.Söhbətin əsas mövzularından biri regiondakı vəziyyət və Ermənistanla Azərbaycan arasındakı sülh prosesi olub.

Xaçaturyan Polşa liderinə Ermənistanın Azərbaycanla sülhdə maraqlı olduğunu bildirib. Həmçinin Dudaya Ermənistanın nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsini təqdim edib.
Xaçaturyan onu da qeyd edib ki, Ermənistanın qonşuları ilə konstruktiv dialoq və danışıqlar yolu ilə problemlərin həlli istiqamətində qəti mövqeyi var.
Erməni prezidentinin bu qətiyyətini görüb sevinmək istəyirdik ki, “Bez Tormozov” Teleqram kanalının yaydığı görüntüləri görüb yenidən bunların çox yalançı bir toplum olduğuna iman gətirdik. Beləki, kanal iddia edir ki, Ermənistan ordusu Azərbaycana qarşı istifadə etmək məqsədilə mülki şəxslərə PUA-lardan istifadə üzrə təlimlər keçirir.
Görüntülərdə silahlı dronlardan istifadə qaydaları tam əks olunub.
Bir yandan da Ermənistanın Baş naziri Nikol Paşinyan “sülhə çox yaxınıq “dedikdən sonra son iki gündə həm Hindistandan, həm də Yunanıstan ən ağır və dağıdıcı silahları qəbul edib.


Əntiqə Rəşid

Seçilən
15
adalet.az

1Mənbələr