AZ

Avtomobilin nömrəsi görünmürsə, cərimə QAÇINILMAZDIR

Bəzən həddən artıq çirkli avtomobilləri magistral yollarda görə bilirik. Hətta avtomobil o qədər tozlu, palçıqlı olur ki, bu zaman onun seriya nömrəsi belə oxunmaz olur.  Ancaq sürücünün avtomobili təmizləməyə tənbəllik etməsi, yaxud vaxtının olmaması onun cərimələnməsi ilə nəticələnə bilər. 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Redaktor.az-a açıqlamasında bildirdi ki, maşın özü nə qədər çirkli olsa da, mütləq nömrə təmiz olmalıdır:

"Bununla bağlı avtomatik olaraq nəqliyyat vasitəsi müvafiq "saxla" əmri ilə duracağa təhkim olunur. Çünki seriyada olan dövlət atributları təmiz saxlanılmalıdır. Həmin avtomobilləri yol polisləri gördükləri anda saxlayır və cərimələyir. Sürücü avtomobilin seriya nömrəsinin vəziyyəti ilə bağlı 100-150 manat məbləğində cərimə olunur".

Sevinc İBRAHİMZADƏ

Seçilən
14
redaktor.az

1Mənbələr