"Narkotik aludəçiliyi uzun müddət davam etdi, 20 il... Amma indi həyatımda narkotika yoxdur. Klinikaya getmədim, özüm-özümü müalicə etdim. Narkotikdən istifadə axmaqlıqdır".
Teleqraf.com xəbər verir ki, bu sözləri reper Elşad Xose yutubda yayımlanan "HH Podcast" layihəsində deyib:
"Bundan xilas olmaq üçün güc tapmalısan. Həyat sənə elə dərs verir ki, həyatın riyaziyyata çevrilir".
Elşad Xose İTV-nin replə bağlı layihəsindən söz açıb: "Mən tanışlarıma replə bağlı sənədli film çəkməyi təklif etdim. Sonra onu harada təqdim etməyi düşündüm. Pulsuz heç nə edə bilmədiyin üçün dostlarıma təklif etdim. Bir az kobud səslənsə də kanal ideyamı götürdü və mənsiz özləri etdi. Ona görə də layihəmə getmədim".
Müəllif: Rəqsanə Həsənova