AZ

Dünyanın ən yaşlı adamı vəfat etdi

Ginnesin Rekordlar Kitabına düşən “Dünyanın ən yaşlı adamı” adını daşıyan 112 yaşlı ingilis Con Tinnisvud dünyasını dəyişib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Venesuelalı Xuan Visente Peresin 111 yaşında ölümündən sonra Ginnesin Rekordlar Kitabı tərəfindən "Dünyanın ən yaşlı adamı" adı verilən Tinniswood dünən qocalar evində dünyasını dəyişib.  Dəstək olduğu “Liverpul” futbol komandasının qurulmasından 20 il sonra doğulan və avqust ayında 112 yaşı tamam olan Tinnisvudun ölümü ilə ən yaşlı kişi titulu ondan 2 ay kiçik olan braziliyalı Joao Marinyo Netoya keçdi.

Ümumilikdə 112 il 91 gün yaşayan Tinniswood avqust ayında ad günündə mətbuata verdiyi açıqlamada uzun ömrün heç bir sirri olmadığını bildirib və meditasiya etməyi məsləhət görüb.

Seçilən
10
18
manset.az

10Mənbələr