Bakı. Trend:
Ermənistan şirkətləri Rusiyaya Qərbin qızıla qarşısanksiyalarından yan keçməyə kömək edib.
Trend xəbər verir ki, bubarədə Fransanın “La Gazettedu Caucase” internet nəşri yazıb.
Məqalədəerməni “Hetq” onlayn qəzeti və rusdilli “The Insider” nəşrininaraşdırmalarının nəticələri təqdim olunur.
Bu mənbələrə əsasən, 2022-ci ildən etibarən Rusiya Ermənistanamilyardlarla dollar dəyərində qızıl göndərib. Əsas səbəblər kimi,Ermənistanda ixrac rüsumlarının olmaması və sanksiyalardan yayınmaqüçün əməliyyatların fiziki şəxslər vasitəsilə həyata keçirilməsigöstərilir.
Son iki ildə Rusiyanın qızıl ixracı şərq istiqamətinə yönəlib.Müharibədən əvvəl ixracın əksər hissəsi Böyük Britaniyaya edilirdi.Lakin 2022-ci ildən etibarən əsas alıcılar Birləşmiş ƏrəbƏmirlikləri (BƏƏ), Honq Konq və Türkiyə olub. Bu tədarüklər 2023-cüilin aprelində dayandırılıb və həmin vaxtdan bəri Rusiya qızılıyalnız Avrasiya İqtisadi İttifaqının (Aİİ) sərhədləri daxilindədövriyyə edir.
Ermənistan qızıl ticarətində əsas vasitəçiyə çevrilib.Ermənistanın Gömrük Xidmətinin məlumatına görə, 2023-cü ildə qızılidxalı kəskin şəkildə artıb və 2024-cü ilin birinci yarısında 4,4milyard ABŞ dollarına çatıb. Həmin dövrdə ölkə 4,1 milyarddollarlıq qızıl ixrac edib ki, bunun 64 faizi BƏƏ-yə, qalanı isəHonq Konq və Çinə göndərilib.
Qeyd etmək lazımdır ki, Rusiya qızılının idxal və təkrar ixraczəncirinə Ermənistanın siyasi xadimləri və Rusiya ilə əlaqəlibiznesmenlərlə bağlı şirkətlər cəlb olunub. 2024-cü ilin əsasidxalçıları arasında hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvüXaçatur Sukiasyan və "Tibi Arm" MMC-nin sahibi Armen Tadevosyanlaəlaqəli şirkətlər yer alır. Bu şirkətlər cari ilin yanvar-mayaylarında Rusiya banklarından yüz milyonlarla dollar dəyərindəqızıl idxal ediblər.
Bundan əlavə, hesabatda qeyd olunur ki, Ermənistan yalnız qızıldeyil, həm də almaz ticarətində mühim halqaya çevrilib. Bu mallarınixracı Ermənistan İqtisadiyyat Nazirliyinin təsdiqi ilə həyatakeçirilir.
Sonda məqalə Rusiyaya qarşı sanksiyalar tətbiq edən, lakin eynizamanda Ermənistana dəstək göstərən Fransa kimi ölkələrin mövqeyinisual altına alır. Erməni nəşri tərəfindən başladılan araşdırma,sanksiyalı Rusiya mallarının ticarətində iştirak edənlərin cəzasızqalmaq ehtimalını azalda biləcəyinə işarə edir.