AZ

Almaniyanın bu əyalətində ev pişikləri ovlanır

Almaniyanın şimalındakı Şlezviq-Holşteyn əyalətində ovçular qanuni olaraq ev pişiklərini vura bilərlər. Məsələ burasındadır ki, yerli qanunlar pişikləri ən yaxın evdən 200 metrdən çox məsafədə olduqda vurmağa icazə verir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü ildə onlar 2580 ev pişiyini öldürüblər. 

Eyni zamanda, ərazidə nəzarətsiz şəkildə çoxalmış təxminən 75 min sahibsiz pişik var.

Şlezviq-Holşteyn Dövlət Ovçuluq Assosiasiyasından Rene Hartviq deyir ki,  “Pişik brakonyerlərinin qurbanları arasında Qırmızı Kitabda yer alan nəsli kəsilməkdə olan növlər də var". 

Pişik sahibləri ev heyvanlarının gəzintiyə çıxanda güllələndiyindən şikayətlənirlər. Bununla belə, ovçuluq birliyi deyir ki, nəzarət üçün məsuliyyət heyvanların sahiblərinin üzərinə düşür - onlar sadəcə olaraq pişikləri gəzməyə buraxmamalıdırlar.

Seçilən
10
unikal.az

1Mənbələr