AZ

"İnsanlara xəstə heyvan verirlər, 3 gün sonra ölür" - Siyavuş Novruzov

"Özünüməşğulluq proqramının həyata keçirilməsinin mexanizmində çox böyük nöqsanlar var".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, xəstə heyvanları insanları verirlər: "Belə ki, qapıdan ancaq həyətə daxil olur. Bundan 3 gün sonra ölür. Bunun da bir dəfə almaq şansı var, bunu da etirir. Bir mobil telefonu alanda ona 1 illik zəmanət verilir. Kəndçiyə özünü təmin etmək üçün 2 inək vermisənsə, bunu bir illik sığortalayın. Heç olmasa 3 aylıq qidasın verin. Həmin şəxs bunu kefdən yox, ehtiyacdan alır", - deyə deputat bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə cavabında qeyd edib ki, təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin: "Təqdim olunmuş heyvanlarla bağlı AQTA-nın xəstəlik, sağlamlıq arayışları olur".

Seçilən
4
5
adalet.az

7Mənbələr