AZ

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta" ASC - bu ilin yanvar ayında ləğv olunub) səlahiyyətlərini əldə etdikdən sonra 6,2 min şəxsə proaktiv təyinat aparıb, 6,4 milyon manat sığorta ehtiyatı formalaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Ötən dövrdə dövlət icbari şəxsi sığortası üzrə fəaliyyət fərdi uçot prinsipi üzərindən qurulub, fondun sərbəst vəsaitinin idarə olunan kapitala çevrilməsi, maliyyə imkanlarının genişləndirilməsi məqsədilə müxtəlif investisiya sahələrində iştirakın təmin edilməsi üçün qısa müddətdə müvafiq normativ hüquqi baza yaradılıb”, - o vurğulayıb.

Seçilən
14
4
bakivaxti.az

5Mənbələr