AZ

Nazirdən deputata sərt reaksiya 

Özünüməşğulluq proqramının həyata keçirilməsinin mexanizmində çox böyük nöqsanlar var.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O iddia edib ki, insanlara xəstə heyvanlar verirlər: "Belə ki, qapıdan ancaq həyətə daxil olur. Bundan 3 gün sonra ölür. Bunun da bir dəfə almaq şansı var, bunu da etdirir. Bir mobil telefonu alanda ona 1 illik zəmanət verilir. Kəndçiyə özünü təmin etmək üçün 2 inək vermisənsə, bunu bir illik sığortalayın. Heç olmasa, 3 aylıq qidasın verin. Həmin şəxs bunu kefdən yox, ehtiyacdan alır", - deputat bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə cavabında qeyd edib ki, təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin: "Təqdim olunmuş heyvanlarla bağlı AQTA-nın xəstəlik, sağlamlıq arayışları olur".

Mürtəza
Ölkə.Az

Seçilən
13
olke.az

1Mənbələr