Yəqin çoxlarınız avtomobilin səsboğanından su axdığını görmüsünüz. Bəs bunun səbəbi nədir? Bu hal nasazlıq hesab edilə bilərmi?
Avtosfer.az xəbər verir ki, bütün daxiliyanma mühərriklərində yanacağın yanması zamanı karbon qazı və su buxarı əmələ gəlir. Silindrdən xaric olunarkən bu buxar soyuq səsboğanda kondensasiya olunaraq suya çevrilir. Vəziyyət müəyyən qədər hərəkət etdikdən sonra, səsboğan tam qızdıqda kəsilir. Çox soyuq havada işlənmiş qazlar çölə çıxcan kimi buxara çevrilir.
Bu hal adi fiziki qanundur və mühərrikin nasazlığına dəlalət etmir. Səsboğandan suyun çıxmasından qorxmaq lazım deyil. Amma bir məqamı da unutmaq olmaz: soyuq havalarda kifayət qədər qızmayan mühərrikdə su tədricən karter və səsboğanda toplanaraq ciddi problemlərə səbəb ola bilər. Ona görə də, soyuq mövsümdə heç olmazsa ayda 2 dəfə maşını tam qıza biləcəyi məsafəyə sürmək lazımdır. Mühərrik yerində işlədikdə tam qıza bilmir. Həm də uzun müddət yerində işləmək müasir mühərriklər üçün ziyandır.
Vüqar