“Vətən müharibəsi veteranlarına 80 manat məbləğin verilməsi ayıbdan ayıbdır”.
Bu sözləri deputat Səyyad Aran Milli Məclisin bu gün keçirilən 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı deyib.
O, bu məbləğin artırılmasını təklif edib: “Hamı bundan narazılıq edir, qazilər üstümüzə gəlir. Bu, nə deməkdir axı?!”