AZ

Rusiya britaniyalı diplomatı ölkədən çıxarır

Rusiya Böyük Britaniyanın Moskvadakı Səfirliyinin siyasi şöbəsinin ikinci katibi Uilks Edvard Prayorun akkreditasiyasını ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) yayıb. 

FTX sözügedən diplomatı “Rusiyanın təhlükəsizliyinə təhdid doğuran kəşfiyyat fəaliyyətində” ittiham edib. 

Bildirilib ki, diplomat ölkəyə girişə icazə əldə edərkən bilərəkdən yalan məlumatlar təqdim edib. 

Rusiya Xarici İşlər Nazirliyi Prayorun ölkəni tərk etməsi üçün iki həftə vaxt verib. 

Bununla yanaşı, Böyük Britaniyanın Moksvadakı səfiri Naydcel Keysi də Rusiya XİN-ə çağırılıb.

Seçilən
8
2
qafqazinfo.az

3Mənbələr